Tez-tez verilən suallar

Güvənli Həyat Sığortası kimlər üçün nəzərdə tutulub?
Bu məhsul 0–65 yaş aralığında olan bütün fiziki şəxslər üçün nəzərdə tutulub.
Sığorta ödənişi hansı hallarda verilir?
Sığortalının istənilən səbəbdən vəfatı və ya sığorta olunan sağalmaz xəstəliklərdən biri ilə diaqnoz qoyulduğu halda.
Sığortaya qoşulmaq üçün tibbi müayinə tələb olunurmu?
Xeyr, "Güvənli Həyat" sığortasına qoşulmaq üçün tibbi müayinədən keçmək tələb olunmur.
Sığorta ödənişini almaq üçün hansı sənədlər lazımdır?
Ölüm və ya xəstəlik hallarında müvafiq sənədlər təqdim edildikdən sonra ödəniş həyata keçirilir.
Sığorta müddəti nə qədərdir?
Müqavilə 1 illik bağlanır və müddət bitdikdə istəyə əsasən yenilənə bilər.
Sığorta məbləği və haqqı necə müəyyən olunur?
Sığorta məbləği müştərinin istəyinə əsasən seçilir, sığorta haqqı isə yaş və seçilmiş təminata uyğun hesablanır.